...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib

Cəmiyyət Materials 18 Sentyabr 2009 12:00 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şüyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.

"Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasının arzulayıram", - cümə günü Trend -a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Paşazadə qeyd edib ki, islam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan müsəlmanlarının Ramazan bayramında ən ülvi arzuları vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə üst-üstə düşür. "Bu əziz gündə biz uca Allaha dualar edirik ki, müstəqilliyimizin daha da möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda səy göstərən dövlət başçımızın rəhbərliyi altında işğal altında olan torpaqlarımız azad olunsun, qaçqınlarımız və köçkünlərimiz öz doğma yurdlarına qayıtsın", - təbrikdə vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti