Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir F.Huseynli / Azərbaycan Premyer-Liqasının bu gün keçiriləcək "Standart" - "Neftçi" görüşündə flaqmanı oyuna baş məşqçi Böyükağa Ağayev çıxaracaq. Bu barədə şənbə günü Trend -a "Neftçi"nin mətbuat xidmətindən məlumat verilib.
"Muğan"a məğlubiyyətdən sonra (0:2) ölkə mətbuatında "Neftçi"nin baş məşqçisi Böyükağa Ağayevin istefaya göndərilməsi barədə xəbərlər yayılmağa başladı. Klubun vitse-prezidenti İlqar Quluzadə öncə mətbuata açıqlamasında bildirib ki, "Muğan"a məğlubiyyətdən sonra baş məşqçimiz Böyükağa Ağayevin səhhətində problem yaranıb.
"Standart" - "Neftci" oyunu bu gün saat 17:00-da başlayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]