...

Bakıda kimsəsiz qocaların mənzillərini qarət edən dələduzlara 22 il iş verilib

Cəmiyyət Materials 1 Oktyabr 2009 14:34 (UTC +04:00)
Özlərini həkim kimi təqdim edərək, kimsəsiz qocaların evini qarət etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.
Bakıda kimsəsiz qocaların mənzillərini qarət edən dələduzlara 22 il iş verilib

Azərbaycan, Bakı, 1 oktyabr / Trend , müxbir H.Bağırov/

Bakıda özlərini həkim kimi təqdim edərək, kimsəsiz qocaların evini qarət etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub.

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə axşamı Trend -a verilən məlumata görə, 20-dən çox mənzili qarət etməkdə təqsirli bilinən Bakı şəhər sakinləri Rafiq Əliyev 14 il, Ramil Fəziyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmişlərə dəyən ziyan da onlar tərəfindən ödəniləcək.

Məhkəmə cinayət işinin ibtidai istintaqını hərtərəfli və obyektiv araşdırdığına görə, Daxili İşlər Nazirliyinin (DİN) Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Vüqar Tağıyevin mükafatlandırılması üçün DİN-in rəhbərliyinə təqdimat göndərilməsi barədə qərardad qəbul edib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla quldurluq törətmək (181.2.1, 181.2.2, 181.2.4) maddələri ilə ittiham olunublar. Xəlilov və Fəziyev DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşları tərəfindən tutulublar.

Müəyyən edilib ki, təqsirləndirilən şəxslər Bakı şəhərində 20-dən çox kimsəsiz yaşlı qadının evinə daxil olaraq, onlara bihuşedici dərman içirdərək mənzillərindən pul, qızıl və ev əşyalarını oğurlayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti