...

Azərbaycanda mühafizə olunan ərazilər artırılacaq - nazirlik rəsmisi

Cəmiyyət Materials 3 Oktyabr 2009 13:37 (UTC +04:00)
"Azərbaycanda mühafizə olunan ərazilər artırılacaq. Bu yaxınlarda Samur-Yalama Milli Parkı yaradılacaq, həmçinin planda Qızılağac qoruğu nəzdində Qızılağac Dəniz Kənarı Milli Parkı yaradılması var", - Trend News-a şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyininin (ETSN) bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
Azərbaycanda mühafizə olunan ərazilər artırılacaq - nazirlik rəsmisi

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda mühafizə olunan ərazilər artırılacaq.

"Azərbaycanda mühafizə olunan ərazilər artırılacaq. Bu yaxınlarda Samur-Yalama Milli Parkı yaradılacaq, həmçinin planda Qızılağac qoruğu nəzdində Qızılağac Dəniz Kənarı Milli Parkı yaradılması var", - Trend -a şənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyininin (ETSN) bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

Azərbaycanda hazırda 8 milli park var. Bu gün nazirlik Şirvan Milli Parkında heyvanların mühafizəsi günü ilə əlaqədar olaraq seminar təşkil edib. Seminarın məqsədi təbiətsevənlərin müxtəlif kütləvi tədbirlər keçirməklə ictimaiyyəti heyvanların müdafiəsinə çağırmaqdır. Parkın ərazisi 65 min hektardır. Parkda Qırmızı Kitaba düşən 8 minə qədər antilop və 34 növ quş var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti