...

Transsərhəd Kür çayı Ermənistan və Gürcüstan ərazilərindən çirkləndirilir

Cəmiyyət Materials 6 Oktyabr 2009 10:28 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən sentyabr ayının III ongünlüyü üçün keçirdiyi monitoqinq zamanı Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 94 m3/san artaraq 218 m3/san təşkil edib.
Transsərhəd Kür çayı Ermənistan və Gürcüstan ərazilərindən çirkləndirilir

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/

Kür və Araz transsərhəd çaylarının, qollarının çirklənmə səviyyəsini öyrənmək üçün Ekologiya və Təbiii Sərvətlər Nazirliyi monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən sentyabr ayının III ongünlüyü üçün keçirdiyi monitoqinq zamanı Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 94 m3/san artaraq 218 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 6, Ağstafaçay məntəqəsində fenollar 7 , mis birləşmələri 6, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Aparılan monitorinqin nəticələrinə görə? Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 163 m3/san olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 4,35-6,53 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti