...

Azərbaycan Kubada boks üzrə baş məşqçi məsələsini müzakirə edəcək

Cəmiyyət Materials 8 Oktyabr 2009 10:28 (UTC +04:00)
"Bir zamanlar boks idman növü həddən artıq populyar idi. Lakin əfsuslar olsun ki, son zamanlar bu idman növü heç də pərəstişkarlarını sevindirmir. Dəfələrlə baş məşqçi dəyişikliyi olsa da, nəticə qaneedici deyil", - Trend News-un məlumatına görə, bu barədə Azad Rəhimov Sloveniyanın məşhur qəzetlərindən biri olan "Delo"-ya müsahibəsində deyib.
Azərbaycan Kubada boks üzrə baş məşqçi məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın gənclər və idman naziri bildirib ki, ölkədə boks idman növünün inkişafı üçün müəyyən işlər görüləcək.

"Bir zamanlar boks idman növü həddən artıq populyar idi. Lakin əfsuslar olsun ki, son zamanlar bu idman növü heç də pərəstişkarlarını sevindirmir. Dəfələrlə baş məşqçi dəyişikliyi olsa da, nəticə qaneedici deyil", - Trend -un məlumatına görə, bu barədə Azad Rəhimov Sloveniyanın məşhur qəzetlərindən biri olan "Delo"-ya müsahibəsində deyib.

Nazir deyib ki, bu səbəbdən o, noyabrda Kubaya səfər edəcək və orada müxtəlif görüşlər zamanı baş məşqçi mövzusuna da toxunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti