Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Rumuniyaya səfər edəcək.
Konstitusiya Məhkəməsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin səfəri oktyabrın 14-dən 16-dək davam edəcək.
Abdullayev Rumuniya Konstitusiya Məhkəməsinin sədri İon Vidanın dəvəti ilə Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının konstitusiya məhkəmələri sədrlərinin XV iclasında iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin bir sıra Avropa Konstitusiya nəzarəti orqanlarının başçıları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]