...

Terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı silahlı birləşmənin üzvlərinə prokuror cəza istəyib

Cəmiyyət Materials 15 Oktyabr 2009 16:37 (UTC +04:00)
Prokuror Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Rusiya vətəndaşı Maqomed İsayevin hər birinə 15 il, Türkiyə vətəndaşları Yamin Aliyə 7 və Özdəmir Erginə 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib.
Terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı  silahlı birləşmənin üzvlərinə prokuror cəza istəyib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , muxbir H.Bağırov /

Terrorçuluqda ittiham olunan "Meşə qardaşları" adlı  silahlı birləşmənin üzvlərinə prokuror cəza istəyib.

Dəstə üzvləri Bakının Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" məscidində terror aktı törətməkdə də təqsirli bilinirlər.

Prokuror Azərbaycan vətəndaşları Elnur Bəşirov, Qüdrət Məlikov, Xalid Vəlimətov, Ülfət Məlikov, Vahid Əsədov, Rusiya vətəndaşı Maqomed İsayevin hər birinə 15 il, Türkiyə vətəndaşları Yamin Aliyə 7 və Özdəmir Erginə 3 il azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edib. Digər təqsirləndirilənlərə isə 3 ildən 10 ilədək cəza istəyib.

Dəstə üzvləri Azərbaycanda iğtişaş yaratmaq, dövlət quruluşu əleyhinə fəaliyyət göstərmək istəyiblər.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin terrorçuluq (214-cü), qəsdən adamöldürmə(120-ci), qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279-cu), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) və digər maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti