...

Türkiyənin Mədəniyyət Nazirliyi Azərbaycan bayrağının təhqir edilməsini yolverilməz hal sayır

Cəmiyyət Materials 16 Oktyabr 2009 17:05 (UTC +04:00)
"Azərbaycan bayrağının təhqir edilməsi yolverilməzdir. Azərbaycan bayrağı türk bayrağıdır. Biz bunu edənləri şiddətlə qınayırıq. Bütün bunlarla yanaşı onu da qeyd etmək istərdim ki, Azərbaycan bayrağının Türkiyə-Ermənistan matçında qadağan edilməsinin Türkiyə hökumətinə heç bir aidiyyatı yoxdur", - cümə günü Bakıda Trend News-a Türkiyə mədəniyyət naziri müavininin müşaviri Kamal Fahir Genc bildirib.
Türkiyənin Mədəniyyət Nazirliyi Azərbaycan bayrağının təhqir edilməsini yolverilməz hal sayır

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Türkiyənin Mədəniyyət Nazirliyi Azərbaycan bayrağının təhqir edilməsini yolverilməz hal sayır.

"Azərbaycan bayrağının təhqir edilməsi yolverilməzdir. Azərbaycan bayrağı türk bayrağıdır. Biz bunu edənləri şiddətlə qınayırıq. Bütün bunlarla yanaşı onu da qeyd etmək istərdim ki, Azərbaycan bayrağının Türkiyə-Ermənistan matçında qadağan edilməsinin Türkiyə hökumətinə heç bir aidiyyatı yoxdur", - cümə günü Bakıda Trend -a Türkiyə mədəniyyət naziri müavininin müşaviri Kamal Fahir Genc bildirib.

Oktybarın 14-də Türkiyənin Bursa şəhərində Türkiyə-Ermənistan oyunu zamanı Azərbaycanın dövlət bayrağı azarkeşlərdən alınıb. Hadisə ilə bağlı oktyabrın 15-də Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin ölkəmizdəki səfirliyinə etiraz təqdim edib.

Onun fikrincə, bayrağa edilən hörmətsizlik bağışlanmazdır.

"Nə olursa-olsun, heç vaxt Türkiyə Azərbaycanla əlaqələrinin pisləşməsini istəməz. Türkiyədə atılan hər bir addımın Azərbaycana, Azərbaycanda atılan hər bir addımın da birbaşa Türkiyəyə təsiri var", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti