...

Azərbaycanda Milli Mətbuatın 135 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb

Cəmiyyət Materials 23 Oktyabr 2009 16:37 (UTC +04:00)
"Şuranın İdarə Heyətinin iclasında 2010-cu ilin iyulunda milli mətbuatımızın 135 illiyinin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan tədbirlər planı təsdiqlənib", - cümə günü Trend News-a Mətbuat Şurasından bildirilib.
Azərbaycanda Milli Mətbuatın 135 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurası Milli Mətbuatın 135 illik yubileyi münasibətilə tədbirlər planı hazırlayıb.

"Şuranın İdarə Heyətinin iclasında 2010-cu ilin iyulunda milli mətbuatımızın 135 illiyinin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan tədbirlər planı təsdiqlənib", - cümə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır

Tədbirlər planına əsasən, hər ay medianın aktual problemlərinə dair dəyirmi masa və konfranslar təşkil ediləcək.

"Yubiley tədbirlərinə gələn ilin iyununda baş tutması planlaşdırılan ümumrespublika elmi-praktik konfransı ilə yekun vurulacaq", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti