Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir, M.Əliyev/
Gənclər və İdman Nazirliyi yeni telefon informasiya sisteminin tətbiqinə başlayıb. Bu barədə Trend -a cümə günü nazirliyin mətbuat xidmətindən xəbər verilib.
Yeni sistem vasitəsilə şöbələr ilə əlaqə saxlamaq, nazirliyin strukturu və tarixi, gənclər siyasəti, idman, keçirilən tədbirlər haqqında informasiya almaq, həmçinin şikayət və təkliflər bildirmək olar.
İdman şöbəsi ilə əlaqə saxlayaraq, Azərbaycanın idman federasiyaları, idman tikililəri, olimpiya kompleksləri haqqında informasiya əldə etmək olar.
Məqalənin müəllifi ilə əlaqə ünvanı: [email protected]