...

Azərbaycanın Sumqayıt şəhərində məişət tullantılarının həcminin artması ilə əlaqədar ikinövbəli iş rejimi tətbiq olunur

Cəmiyyət Materials 5 Noyabr 2009 10:35 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyətindən cümə axşamı Trend News-a verilən məlumata görə, bu işə 22 ədəd xüsusi təyinatlı avtomaşın cəlb olunub və işçi qüvvəsi gücləndirilib.
Azərbaycanın Sumqayıt şəhərində məişət tullantılarının həcminin artması ilə əlaqədar ikinövbəli iş rejimi tətbiq olunur

Azərbaycan, Bakı, 5 noyabr / Trend , muxbir K. Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində şəhər və ətraf qəsəbələrdə məişət tullantılarının həcminin artması ilə əlaqədar olaraq ikinövbəli iş rejimi tətbiq olunur.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən cümə axşamı Trend -a verilən məlumata görə, bu işə 22 ədəd xüsusi təyinatlı avtomaşın cəlb olunub və işçi qüvvəsi gücləndirilib.

Hazırda şəhərdə məişət tullantılarının toplanması üçün 1100 ədəd tullantı qəbulu məntəqəsi mövcuddur ki, həmin məntəqələrdə 5000 ədəd konteyner düzülüb.

Sıradan çıхan 1500 ədəd kоntеynеr tam təmir еdilərək istifadəyə yararlı hala gətirilib, ərazilərdən tоplanıb daşınan məişət tullantıları isə şəhər pоliqоnunda zərərsizləşdirilib.

Cari ilin hazırki dövrünədək məişət tullantılarının daşınması üzrə 2780 müqavilə imzalanıb, onların 1710-u fiziki şəxslər, 1080-i isə hüquqi şəxslərlə bağlanıb. Müqavilələrin bağlanması kеçən ilin müvafiq dövrü ilə müqaisədə 30 faiz artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti