...

Qafqazın dini lideri etniklərarası və dinlərarası münaqişələrin aradan qaldırılması üzrə işləri davam etdirməlidir – Rusiya müftilərinin rəhbəri

Cəmiyyət Materials 7 Noyabr 2009 12:51 (UTC +04:00)
Qafqazın dini lideri etniklərarası və dinlərarası beynəlxalq münaqişələrin aradan qaldırılması üzrə işləri gələcəkdə də davam etdirməlidir. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin belə hesab edir.
Qafqazın dini lideri etniklərarası və dinlərarası münaqişələrin aradan qaldırılması üzrə işləri davam etdirməlidir – Rusiya müftilərinin rəhbəri

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Qafqazın dini lideri etniklərarası və dinlərarası beynəlxalq münaqişələrin aradan qaldırılması üzrə işləri gələcəkdə də davam etdirməlidir. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin belə hesab edir.

"Biz etniklərarası və dinlərarası beynəlxalq münaqişələrin - terrorizm, ekstremizm, nasizm və dözümsüzlüyün bütün hallarının aradan qaldırılması üzrə işləri gələcəkdə də davam etdirməliyik", - şənbə günü Bakıda dini dialoqa həsr olunmuş Beynəlxalq konfransda Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin deyib.

"Müsəlmanlar dünya əhalisinin dörddə bir hissəsini təşkil edir. Biz dinlərarası mühüm qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi sahəsində dialoqların bütün növləri üzrə işləməliyik", - Qaynutdin deyib.

Rusiya müftilərinin rəhbəri Qafqaz müsəlmanlarının dini liderinin Rusiya, Azərbaycan, MDB və İslam dünyası xalqları arasındakı dostluğun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirib.

"Biz Şeyxülislamı möhtəşəm dini xadim kimi tanıyırıq. Sizin fəaliyyətiniz Qafqazda dini tolerantlığın stabil qalmasına kömək edir", - Qaynutdin deyib.

"Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Hacı Allaşükür Paşazadənin fikri dinlərarası qarşılıqlı anlaşma fəaliyyətində mühüm rol oynayır", - o deyib.

Xəbər lenti

Xəbər lenti