...

Azərbaycan Parlamentinin deputatları İctimai Televiziya və Radio Yayımları Şirkətinə büdcədən ayrılan vəsaitin artırılmasını istəyirlər

Cəmiyyət Materials 12 Noyabr 2009 11:18 (UTC +04:00)
“İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İTV özünü doğruldub, ona görə də quruma büdcədən ayrılan vəsait artırılmalıdır”, - Trend News-un məlumatına görə, çərşənbə günü Ana Vətən Partiyasının sədri (AVP), Milli Məclisin depuatatı Fəzail Ağamalı bildirib.
Azərbaycan Parlamentinin deputatları İctimai Televiziya və Radio Yayımları Şirkətinə büdcədən ayrılan vəsaitin artırılmasını istəyirlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 noyabr / Trend , muxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları İctimai Televiziya və Radio Yayımları Şirkətinə büdcədən ayrılan vəsaitin artırılmasını istəyirlər.

"İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) İTV özünü doğruldub, ona görə də quruma büdcədən ayrılan vəsait artırılmalıdır", - Trend -un məlumatına görə, çərşənbə günü Ana Vətən Partiyasının sədri (AVP), Milli Məclisin depuatatı Fəzail Ağamalı bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

"Məni ən çox narahat edən məsələlərdən biri İctimai Televiziyaya ayrılan vəsaitdir. Bu telekanal büdcədən maliyyələşən yeganə telekanaldır ki, Milli Məclisin fəaliyyətini daha çox işıqlandırır, deputatlara imkan yaradır", - dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, Avropa Yayımları Birliyinə üzv olan telekanallar içərisində ən az büdcəsi olan İTV-dir.

"İctimai televiziya ən baxımlı və milli kanaldır", - millət vəkili Fəzail İbrahimli qeyd edib. Onun fikrincə, İTV-nin milli-mənəvi dəyərlərin qorunmasında xüsusi rolu var. "Milli dəyərlərin xalqa çatdırılması sahəsində gördüyü bu işləri nəzərə alaraq İTV-yə diqqətin artırılması məqsədəuyğun olardı", - millət vəkili əlavə edib.

Deputat Aynur Quliyeva gələn ilin büdcə layihəsində İTV-yə ayrılan vəsaitə yenidən baxılmasını xahiş edib. "İTV cəmiyyətin bütün problemlərini çiynində daşıyan, ictimaiyyətin maraqlarına fədakarlıqla xidmət göstərən və seçki prosesinin bütün çətinliklərini daşıyan və bu sahədə üzümüzü ağ edən bir televiziyadır. Bu məsələyə diqqət yönəltməyi xahiş edirəm", - o bildirib.

Millət vəkili Qənirə Paşayeva da İTV-yə büdcədən ayrılan vəsaitin artırılmasına tərəfdar olduğunu deyib. "İctimai televiziya dövlət büdcəsindən maliyyələşir. Bu gün hamımız şikayət edirik ki, televiziyalarda lazımi səviyyədə proqramlar hazırlanmır. İstər əhalinin maarifləndirilməsi baxımından, istərsə də milli mənəvi dəyərlər baxımından. İctimai televiziya məhz bu funksiyanı həyata keçirən ən uğurlu televiziyalarımızdan biridir. Ona görə İTV-nin maliyyələşdirilməsi üçün vəsaiti daha da artırmaq lazımdır ki, onlar daha yüksək səviyyəli proqramlar hazırlasınlar. Çünki bu televiziya ictimaiyyətin televiziyası olaraq cəmiyyətin daha güclü şəkildə maarifləndirilməsini həyata keçirir", - Paşayeva vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti