Avropanın islam institutları və təşkilatları yerli müsəlmanların İsveçrədə daha tez-tez irqçi hücumlara və təqiblərə məruz qaldıqları barədə bəyan edib. Burada məscidlərin tikilməsinə qarşı geniş kapmaniya həyata keçirilir. Al Jazeera Net saytı yazır.
İsveçrədə noyabrın 29-da məscidlərin inşası üzrə keçiriləcək səsvermə fonunda ölkədə geniş anti-islam kampaniyası həyata keçirilir. Sözügedən kampaniya məscidlərin sayının artırılmasını dayandırmağa çağırır.
Qitənin bütün islam təşkilatlarını özündə birləşdirən Avropanın Müsəlman Təşkilatları İttifaqının yaydığı rəsmi bəyanatında demokratik İsveçrədə dini etiqad azadlığının pozulmasına yol verilməməsinə və dini irqçiliyə qarşı müdrik davranmağa çağırılır.