...

Azərbaycanda söz azadlığı məsələsi Bakıda müzakirə olunacaq

Cəmiyyət Materials 13 Noyabr 2009 15:01 (UTC +04:00)
Avropa Şurası Azərbaycanın Mətbuat Şurası ilə birgə noyabrın 16-da "Azərbaycanda diffamasiya və söz azadlığı" mövzusunda konfrans keçirəcək, bu barədə AŞ-nin Bakı ofisindən bildirilib.
Azərbaycanda söz azadlığı məsələsi Bakıda müzakirə olunacaq

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir M.Əliyev /

Avropa Şurası Azərbaycanın Mətbuat Şurası ilə birgə noyabrın 16-da "Azərbaycanda diffamasiya və söz azadlığı" mövzusunda konfrans keçirəcək, bu barədə AŞ-nin Bakı ofisindən bildirilib.

"Konfransda Azərbaycanda söz azadlığının vəziyyəti, diffamasiya haqqında qanunun qəbul edilməsinin vacibliyi barədə müzakirələr keçiriləcək", - məlumatda deyilir.

Konfransda Azərbaycan Prezident Administrasiyası və Milli Məclisin, beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələrinin iştirakı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti