...

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı məmurların əsas narahatlığı reket jurnalistikasının mövcud olmasıdır – Mətbuat Surasının sədri

Cəmiyyət Materials 16 Noyabr 2009 13:57 (UTC +04:00)
"Təhsil və səhiyyə orqanlarında aparılan sorğu nəticəsində məlum olub ki, həmin sahədə çalışanların 70 faizi indiki qanunvericiliyin qalmasını məqbul hesab edib", - Trend News-un məlumatına görə, bazar ertəsi "Azərbaycanda diffamasiya və ifadə azadlığı" mövzusunda keçirilən konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı məmurların əsas narahatlığı reket jurnalistikasının mövcud olmasıdır – Mətbuat Surasının sədri

Azərbaycan, Baki, 16 noyabr / Trend , müxbir A. Huseynbala/

"Təhsil və səhiyyə orqanlarında aparılan sorğu nəticəsində məlum olub ki, həmin sahədə çalışanların 70 faizi indiki qanunvericiliyin qalmasını məqbul hesab edib", - Trend -un məlumatına görə, bazar ertəsi "Azərbaycanda diffamasiya və ifadə azadlığı" mövzusunda keçirilən konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, indiki halda "Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı məmurların əsas narahatlığı reket jurnalistikasının mövcud olmasıdır. "Biz reket jurnalistikasına qarşı xeyli müddətir ki, mübarizə aparırıq və artıq 84 qəzet "reket" adlandırılıb", - o bildirib. Azərbaycanın Mətbuat Şurası Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə diffamasiya ilə bağlı sorğu keçirib.

Amaşov deyib ki, "Diffamasiya haqqında" qanun layihəsi ilə bağlı müzakirələrin başlaması üçün may ayında Milli Məclisin sədri Oqtay Əsədova müraciət edilib.

"Parlamentin payız sessiyasında bu layihənin müzakirəyə çıxarılması inandırıcı deyil. Düşünürəm ki, müzakirələri sürətləndirmək üçün 2010-cı ili Diffamasiya ili elan etmək olar. Müzakirələri sürətləndirmək və həmin qanunun qəbuluna nail olmaq üçün parlamentdə işçi qrup da yaradıla bilər", - Amaşov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti