...

Azərbaycanda təhsil büdcə vəsaitlərinin ayrılması üzrə ikinci yerdədir – Prezident Administrasiyasının rəhbəri

Cəmiyyət Materials 20 Noyabr 2009 18:31 (UTC +04:00)
Azərbaycanın dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər ordunun qurulmasına ayrılan vəsaitlərdən sonra ikinci yerdə durur. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanın Tələbə-Gənclər Təşkilatları İttifaqının I qurultayında çıxışı zamanı deyib.
Azərbaycanda təhsil büdcə vəsaitlərinin ayrılması üzrə ikinci yerdədir – Prezident Administrasiyasının rəhbəri

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər ordunun qurulmasına ayrılan vəsaitlərdən sonra ikinci yerdə durur. Bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanın Tələbə-Gənclər Təşkilatları İttifaqının I qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev gənclərin tərbiyəsi məsələsinə böyük diqqət ayırır.

"Tələbə-Gənclər birliyinin yaradılması ilə onun yaradıcılarının üzərinə böyük məsuliyyət düşür və birlik öz qarşısına məqsəd qoymalıdır - Azərbaycanın gələcək inkişafına nə kimi töhfələr verə bilər", - Mehdiyev deyib.

"Ölkədə zamanın tələbindən asılı olan təhsilin müvafiq səviyyəsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müasir texnologiyaların istifadəsi məsələləri ali məktəblərin rektorları və ictimai elmlər sahəsində işləyən professorlarla sabah keçiriləcək görüşdə müzakirə ediləcək", - Mehdiyev deyib.

Prezident Administrasiyasının rəhbəri təhsil sahəsindəki problemlərə də toxunub. "Ölkənin bəzi tədris müəssisələrində təhsilin səviyyəsinin aşağı olması ilə bağlı problemlər var", - o deyib.

Mehdiyevin sözlərinə görə, bəzi universitetlərə ali məktəblərdə gənclər təşkilatının yaradılmasında lazımi kömək göstərilmir.

Cümə günü Bakıda Tələbə-Gənclər Təşkilatları İttifaqının I qurultayı keçirilib. Qurultayda 25 dövlət, 14 özəl tədris müəssisələri iştirak ediblər.

Azərbaycanın tələbə-gənclər təşkilatları ictimai birlikdə birləşiblər.

Birləşmənin əsas məqsədi ali məktəblərdə təhsilin inkişafına dəstək, tələbələrin ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakını və onların hüquqlarını təmin etməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti