Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir F.Hüseynli/
Azərbaycanda gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatı keçiriləcək. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib.
Məmmədovun sözlərinə görə, 2010-cu il aprelin 1-dən 10-dək Bakıda gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatı keçiriləcək. Bununla paralel olaraq aprelin 1-də Dünya Qılıncoynatma Federasiyası Baş Assambleyasının iclası da Bakıda keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]