...

Elm Olimpiadasının Azərbaycanda keçirilməsi cəmiyyətin elmə olan marağını artıracaq - Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev

Cəmiyyət Materials 10 Dekabr 2009 17:35 (UTC +04:00)
Azərbaycanda fundamental elmlər üzrə Elm Olimpiadasının keçirilməsi yalnız iştirakçılar üçün deyil, həmçinin ümumilikdə ölkə üçün çox vacibdir. Belə ki, bu cür tədbirlər təhsil və elm sahəsində islahatları dəstəkləyir ki, bu da öz növbəsində cəmiyyətin elmə olan marağını artırır.
Elm Olimpiadasının Azərbaycanda keçirilməsi cəmiyyətin elmə olan marağını artıracaq - Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda fundamental elmlər üzrə Elm Olimpiadasının keçirilməsi yalnız iştirakçılar üçün deyil, həmçinin ümumilikdə ölkə üçün çox vacibdir. Belə ki, bu cür tədbirlər təhsil və elm sahəsində islahatları dəstəkləyir ki, bu da öz növbəsində cəmiyyətin elmə olan marağını artırır. Bu barədə Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev cümə axşamı Bakıda jurnalistlərə bildirib.

Elm Olimpiadası Komitəsinin rəhbəri Paşayevin sözlərinə görə, tədbir iştirakçıları olimpiadanın təşkil edilmə səviyyəsindən razı qalıblar.

Onun sözlərinə görə, olimpiadanın keçirilməsində daha bir müsbət məqam da qonaq iştirakçıların Azərbaycanla, onun reallığı ilə yaxından tanış olmaq imkanı əldə etməsidir ki, bu da ölkənin xaricdə təşviqatına xidmət edəcək.

VI Beynəlxalq Elm Olimpiadası 2-10 dekabr tarixləri arasında Bakıda keçirilib.

Olimpiadada dünyanın 49 ölkəsindən 600 nəfər şagird və müəllimlər iştirak edib. Yarışma ingilis dilində keçirilib. Əvvəllər bu olimpiada 2004-2005-ci illərdə İndoneziyada, 2006-cı ildə Braziliyada, 2007-ci ildə Tayvanda, 2008-ci ildə isə Koreyada keçirilib.

Azərbaycan Elm Olimpiadasında 2 gümüş, 7 bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti