...

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında Memorandum imzalanıb

Cəmiyyət Materials 15 Dekabr 2009 15:54 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında bu gün Memorandum imzalanıb.
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında Memorandum imzalanıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında bu gün Memorandum imzalanıb.

İmzalanma mərasimində çıxış edən Şura sədri Azay Quliyev bildirib ki, Memorandumda QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi üzrə ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, QHT-lərin bilik və bacarıqlarının artırılması, Azərbaycanda vətəndaş cəmiyyətinin rolu və QHT-lərin sosial-iqtisadi inkişaf proseslərinə cəlbolunma imkanları barədə ictimai məlumatlılığın artırılması, qrant müsabiqələrinin keçirilməsi və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

Beynəlxalq İnkişaf Agentliyinin Cənubi Qafqaz üzrə missiya rəhbəri Conatan Konli bildirib ki, imzalanan Memorandumda əsas məqsəd beynəlxalq təcrübədən ən yaxşı şəkildə istifadə etməklə açıq və şəffaf QHT maliyyələşməsini həyata keçirməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti