...

Azərbaycanın Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili qaydaları"nı təsdiq edib

Cəmiyyət Materials 12 Yanvar 2010 13:13 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili qaydaları"nı təsdiq edib.
Azərbaycanın Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili qaydaları"nı təsdiq edib

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Nazirlər Kabineti "Məktəbə hazırlığın təşkili qaydaları"nı təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Qərara əsasən, məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqlar üçün nəzərdə tutulub və bütün məktəbəqədər təhsil müəssisələrində təşkil olunmalıdır.

Məktəbəhazırlığın əsas məqsədi 5 yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla, onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.

Qərarda deyilir ki,  məktəbəqədər qruplarda həftədə, hər məşğələnin müddəti 25-30 dəqiqə olmaqla, 12 məşğələ təşkil olunmalıdır.

Xəbər lenti

Xəbər lenti