...

"Oksfam" Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin vəsaitini mənimsəməkdə ittiham olunanların məhkəməsi yekunlaşıb

Cəmiyyət Materials 13 Yanvar 2010 10:46 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Oksfam" Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi layihənin tərkibində formalaşmış Səhiyyə Komitələr Forumunun sədri Elsevər Əsgərov və SKF-nin maliyyə departamentinin müdiri Mehman Əliyevə hökm oxunub.
"Oksfam" Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin vəsaitini mənimsəməkdə ittiham olunanların məhkəməsi yekunlaşıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir H.Bağırov/

"Oksfam" Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin vəsaitini mənimsəməkdə ittiham olunanların məhkəməsi yekunlaşıb.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Oksfam" Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi layihənin tərkibində formalaşmış Səhiyyə Komitələr Forumunun (SKF) sədri Elsevər Əsgərov və SKF-nin maliyyə departamentinin müdiri Mehman Əliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib. SKF-nin maliyyə departamentinin müdiri Əliyev isə 4 il şərti cəza alıb.

Adıçəkilən şəxslər təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət Əlizadənin müraciəti əsasında həbs olunublar.

Mənimsəmə və israf etməkdə təqsirləndirilən şəxslər təşkilata məxsus regionlardan yığılan üzvlük haqqı pullarını mənimsəməkdə ittiham olunurlar. İttihama görə, təqsirləndirilənlər 97 min manat mənimsəyiblər.

Onlar Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.2.2, 179.2.3), vəzifə saxtakarlığı (313), səhlənkarlıq (314) maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti