...

Azərbaycan Prezidenti Haiti Respublikasının dövlət başçısına başsağlığı verib

Cəmiyyət Materials 14 Yanvar 2010 16:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Haiti Respublikasında baş verən zəlzələ ilə bağlı bu ölkənin Prezidenti Rene Prevala başsağlığı verib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti Haiti Respublikasının dövlət başçısına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Haiti Respublikasında baş verən zəlzələ ilə bağlı bu ölkənin Prezidenti Rene Prevala başsağlığı verib, cümə axşamı AzərTAc dövlət agentliyi məlumat yayıb.

"Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Haiti xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm" Azərbaycan Prezidentinin başsağlığında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti