...

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Cəmiyyət Materials 20 Yanvar 2010 16:39 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 20 yanvar / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasim iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sonra tədbir Dövlət Miqrasiya Xidmətinin inzibati binasında davam etdirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmət rəisi Arzu Rəhimov çıxış edərək xalqımızın faciəvi, eyni zamanda, tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs etmiş, həmin gecə Azərbaycan xalqının öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan övladlarının Azərbaycana təcavüz edən imperiyanın hərb maşınının - ağır hərbi texnikanın, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın şəkildə çıxmasından, öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə imza atmalarından danışmışdır".

A.Rəhimov ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşdığını, prezident İlham Əliyev tərəfindən də ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim böyük hörmətlə yad edildiyini, o cümlədən onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədi ilə mühüm qərarlar qəbul edildiyini nəzərə çatdırıb.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti