...

Azərbaycanda həbsdə olan bloqerlərin məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 22 Yanvar 2010 11:31 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində bloqerlər Emin Milli və Adnan Hacızadənin şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Trend News-un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Adnan Hacızadənin vəkili İsaxan Aşurovun xəstəliyi ilə bağlı prosesə qatıla bilməyəcəyi və bu səbəbdən iclasın təxirə salınması barədə məhkəməyə müraciətinin olduğu bildirilib.
Azərbaycanda həbsdə olan bloqerlərin məhkəməsi təxirə salınıb

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsində bloqerlər Emin MilliAdnan Hacızadənin şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Trend -un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Adnan Hacızadənin vəkili İsaxan Aşurovun xəstəliyi ilə bağlı prosesə qatıla bilməyəcəyi və bu səbəbdən iclasın təxirə salınması barədə məhkəməyə müraciətinin olduğu bildirilib. Məhkəmə bu müraciəti nəzərə alaraq prosesin fevralın 5-dək təxirə salınması barədə qərar qəbul edib.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti