...

Rusiya və Azərbaycan əməkdaşlıq üçün bir çox ümumi layihələr tapa bilər – Mixail Şvıdkoy

Cəmiyyət Materials 22 Yanvar 2010 14:18 (UTC +04:00)
Rusiya və Azərbaycan əməkdaşlıq üçün bir çox ümumi layihələr tapa bilər. Rusiya Prezidentinin xarici ölkələrlə mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə hesab edir.
Rusiya və Azərbaycan əməkdaşlıq üçün bir çox ümumi layihələr tapa bilər – Mixail Şvıdkoy

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir M.Əliyev/

Rusiya və Azərbaycan əməkdaşlıq üçün bir çox ümumi layihələr tapa bilər. Rusiya Prezidentinin xarici ölkələrlə mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy belə hesab edir.

"XXI əsrdə Rusiya və Azərbaycan arasındakı münasibətlər iki strateji tərəfdaş münasibətləri kimi qurulur, lakin siyasətdən başqa mədəni həyat da var, xalqlarımızın cəmiyyətləri arasında bu sahədə boşluq hiss olunur", - cümə günü Bakıda Şvıdkoy hurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya vətəndaş cəmiyyətləri Forumu ikitərəfli əlaqələrə yaxşı təkandır.

Cümə günü Bakıda Azərbaycan və Rusiyanın görkəmli xadimlərinin iştirakı ilə Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu keçirilir.

Xəbər lenti

Xəbər lenti