Azərbaycan, Lənkəran, 29 yanvar / Trend , müxbir P.Əliyeva/
Azərbaycanın İranla sərəddə yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr cənubda) ötən il 101 narkoman qeydə alınıb.
Lənkəran şəhər Narkoloji Dispanserinin baş həkimi Vügar Əliyev Trend -a bildirib ki, narkomanların sayı 2008-ci illə müqayisədə 27 nəfər çoxdur.
Qeydə alınan narkomanların beşi yetkinlik yaşına çatmayanlardır. Ümumilikdə dispanserdə 1188 narkoman qeydiyyata götürülüb. 2008-ci ildə isə bu göstərici 1104 nəfər olub.
Dispanserdə hazırda 3 xəstə stasionar müalicə alır, 399 narkoman isə profilaktik qeydiyyatdadır.
Qeydiyyatda olan narkomanların 915-i şəhər, 293-ü kənd sakinləridir.