...

Azərbaycan-Amerika Şurası Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ Prezidenti və konqresmenlərə məktub göndərir

Cəmiyyət Materials 1 Fevral 2010 15:49 (UTC +04:00)
Azərbaycan-Amerika Şurası (AAŞ) Xocalı soyqırımının 18-ci il dönümü ilə əlaqədar ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasına, həmçinin ABŞ Prezidenti Barak Obamanın ünvanına məktub göndərilməsi üzrə kampaniyaya başlayıb.
Azərbaycan-Amerika Şurası Xocalı soyqırımının ildönümü ilə bağlı ABŞ Prezidenti və konqresmenlərə məktub göndərir

Azərbaycan-Amerika Şurası (AAŞ) Xocalı soyqırımının 18-ci il dönümü ilə əlaqədar ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasına, həmçinin ABŞ Prezidenti Barak Obamanın ünvanına məktub göndərilməsi üzrə kampaniyaya başlayıb. Bu barədə Şuranın məlumatında deyilir.

AAŞ-ın hazırladığı məktub erməni səhra komandiri, ASALA-nın məşhur terroristi Monte Melkonyan və onun həmyerlilərinin Xocalının işğalı zamanı törətdikləri qanlı əməllər barədə dərc olunmuş dəlillərdən ibarətdir. Həmçinin məktuba Serj Sarkisyanın Toma de Vaalanın məşhur "Qara bağ" kitabındakı sözləri daxil edilib.

AAŞ kampaniyasının internet ünvanı: http://genocide.change.org/actions/view/remembrance_and_justice_for_the_1992_khojaly_massacre

İlk iki gün ərzində təxminən 300 məktub göndərilib. Məktublar konqresmenlərə və senatorlara hər qeydiyyat dairəsi üzrə avtomatik olaraq göndərilir. AAŞ Xocalı qurbanlarının xatirəsinə ABŞ Senat və Nümayəndələr Palatasına daha çox məlumat verməyə nail olmaq məqsədi ilə kampaniyanı faciənin ildönümünə kimi uzatmağı planlaşdırır. Eyni zamanda, qanunvericilərə yönəldilmiş məktuba Xocalı soyqırımının müstəqil araşdırılması, həmçinin faciənin təqsirkarlarının beynəlxalq tribunal qarşısında məsuliyyətə cəlb edilməsi üçün xahiş daxildir.

Fevralın sonunda AAŞ, Amerika-Azərbaycan Cəmiyyəti (AAC) və Türkiyə-Amerika Assosiasiyası Assambleyası (TAAA) Vaşinqton, Nyu-York, San-Fransisko və Hyustonda nəzərdə tutulan tədbirlər və seminarlar çərçivəsində ABŞ-da xocalı qurbanlarının xatirəsinə ənənəvi həftənin keçirilməsini də planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti