...

Bakıda günün ikinci yarısına kimi çovğunun dayanması gözlənilir (YENİLƏNİB)

Cəmiyyət Materials 5 Fevral 2010 12:59 (UTC +04:00)
Günün ikinci yarısına kimi Bakıda çovğunun səngiməsi gözlənilir, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar Bürosu cümə günü Trend News-a məlumat verib. Axşam saatlarında havanın temperaturu aşağı düşəcək.
Bakıda günün ikinci yarısına kimi çovğunun dayanması gözlənilir (YENİLƏNİB)

Azərbaycan, Bakı, 5 fevral / Trend , müxbir M.Əliyev/

Günün ikinci yarısına kimi Bakıda çovğunun səngiməsi gözlənilir, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar Bürosu cümə günü Trend -a məlumat verib. Axşam saatlarında havanın temperaturu aşağı düşəcək.

Abşeron yarımadasında fevralın 5-dən 7-nə kimi şimal küləyinin sürəti 15-20 m/saniyəyə, bəzi vaxtlarda 23-25 m/saniyyəyə, ayrı-ayrı yerlərdə isə güclənərək 28-33 m/saniyyəyə çatacaq. Çovğun gözlənilir, yollar buz bağlayacaq.

Azərbaycan rayonlarında hava yaxın üç gün ərzində qəfildən pisləşəcək, qar yağacağı proqnozlaşdırılır. Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatında deyilir. Gecə havanın temperaturunun 2-5 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Fevralın 6-da bəzi bölgələrdə çovğun gözlənilir.

Xəbər lenti

Xəbər lenti