...

Azərbaycan idmançıları buzadırmanma üzrə beynəlxalq çempionatın birinci mərhələsində ikinci və üçüncü yerləri tutublar

Cəmiyyət Materials 6 Fevral 2010 16:42 (UTC +04:00)
Azərbaycan idmançıları buzadırmanma üzrə beynəlxalq çempionatın birinci mərhələsində ikinci və üçüncü yerləri tutublar. Bu barədə şənbə günü Hava və Ekstremal İdman Növləri Federasiyasından Trend News-a bildirilib.
Azərbaycan idmançıları buzadırmanma üzrə beynəlxalq çempionatın birinci mərhələsində ikinci və üçüncü yerləri tutublar

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycan idmançıları buzadırmanma üzrə beynəlxalq çempionatın birinci mərhələsində ikinci və üçüncü yerləri tutublar. Bu barədə şənbə günü Hava və Ekstremal İdman Növləri Federasiyasından Trend -a bildirilib.

I mərhələdə "Ən tez dırmanma" üzrə yarışlarda Cənubi Koreya idmançısı Çey Von İn 26 saniyə nəticə ilə I yeri, Azərbaycan idmançıları Kubarov 27, Dadaşov isə 35 saniyə nəticə ilə müvafiq olaraq II və III yerləri tutub.

Fevral ayının 5-7-də Azərbaycanın Qusar rayonu Ləzə kəndi yaxınlığınakı şəlalələrdə Buzadırmanma üzrə beynəlxalq çempionat keçirilir. Yarışda Azərbaycan idmançıları ilə yanaşı Cənubi Koreya, Rusiya Federasiyası və Gürcüstan idmançıları iştirak edirlər.

Ölkədə bu cür çempionatların keçirilməsi gələcəkdə idmançıların buzadırmanma texnikasının mükəmməlləşdirilməsinə, müxtəlif ölkələrin bu sahədəki təcrübəsinin öyrənilməsinə, həmçinin Federasiyanın alpinizm, qayalara dırmanma və buza dirmanma təşkilatları ilə əlaqələrinin möhkəmlənməsinə şərait yaradır.

Xəbər lenti

Xəbər lenti