...

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub

Cəmiyyət Materials 8 Fevral 2010 14:16 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Sahil Cahangir oğlu Atayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub

Azərbaycan, Bakı, 8 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən hərbi qulluqçuya hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi MəhkəməMüdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Sahil Cahangir oğlu Atayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1), hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331), döyüş növbəsi çəkmə qaydalarını pozma (338.1) və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.3) maddələri ilə təqsirli bilinir.

Atayev xidmət etdiyi hərbi hissənin 1-ci tağım komandirinin müavini vəzifəsində xidmətdə olarkən tabeliyində olan əsgərlər - Seymur Bağırovu, Nəvai Həsənovu, Rəşad Xəlilovu, Ricay Ağayevi, Xəyyam Kərimovu, Nicat Aslanovu təhqir edərək, onlara işgəncə verib.

O, 2008-ci il oktyabrın 18-də tabelyində olan əsgər Həsən Allahverdiyevi söyərkən, sonuncu ona eyni söyüşlərlə cavab verib. Allahverdiyevin söyüş söyməsindən əsəbləşən Atayev tabeliyində olan avtomat silahdan atəş açaraq, onun qarın nahiyyəsindən vurub. Allahverdiyevə vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

Xəbər lenti

Xəbər lenti