...

Azərbaycanda Antarktidaya birinci ekspedisiyaya həsr olunmuş 3 kitab nəşr edilib

Cəmiyyət Materials 11 Fevral 2010 16:06 (UTC +04:00)
Azərbaycanda Azərbaycan-Antarktida marşrutu üzrə birinci ekspedisiyaya həsr olunmuş üç kitab nəşr edilib. Bu barədə Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov kitabların təqdimat mərasimində deyib.
Azərbaycanda Antarktidaya birinci ekspedisiyaya həsr olunmuş 3 kitab nəşr edilib

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanda Azərbaycan-Antarktida marşrutu üzrə birinci ekspedisiyaya həsr olunmuş üç kitab nəşr edilib. Bu barədə Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırov kitabların təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Antarktidaya 37 günlük ekspedisiyanın yekunu üzrə hazırlanmış materiallar ölkənin bu sahədəki irəliləyişini əks etdirir.

"Antarktida gündəliyi" adlanan birinci kitabda Antarktidadakı Vinson dağının - planetin ən əlçatmaz nöqtələrindən birinin fəth edilməsi və burada Azərbaycanın milli bayrağının qaldırılması barədə xəbər verilir.

"Antarktidanın iqlimi. Qlobal təsirlər" adlanan ikinci kitab Antarktidada aparılan meteoroloji tədqiqatlara, faktlara, elmi təhlillərə həsr edilib.

"Qondvananın donmuş parçası" adlanan üçüncü kitabda isə Antarktidanın mineral resurslarının araşdırılması, onların istismar perspektivləri və ekoloji problemlərin aşkar edilməsi barədə məlumatlar yer alıb.

"Biz hər ekspedisiyadan sonra kitab nəşr etdirmək niyyətindəyik", - federasiya prezidenti deyib.

Onun sözlərinə görə, Kilimancaroya ekspedisiyanın yekunları üzrə lazımi materialllar artıq hazırdır.

Xəbər lenti

Xəbər lenti