...

Azərbaycanda silahlı basqınlar törətmiş mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 11 Fevral 2010 16:29 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri - Ruslan Həsənov, Vahab Həsənov, Kamal Cavadov, Elgün Şirinzadə və Rusif Şıxıyevin cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.
Azərbaycanda silahlı basqınlar törətmiş mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir H.Bağırov/

Azərbaycanda silahlı basqınlar törətmiş mütəşəkkil dəstənin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri - Ruslan Həsənov, Vahab Həsənov, Kamal Cavadov, Elgün Şirinzadə və Rusif Şıxıyevin cinayət işi üzrə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən oğurluq törətmək (177.3.1), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228), mütəşəkkil dəstə tərəfindən odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə (232.3.1), vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama (326.2), qanunsuz narkotik vasitə saxlama (234) maddələri ilə ittiham olunurlar.

Dəstə üzvləri 2008-2009-cu illər ərzində Bakının müxtəlif rayonlarında avtomobillərin qarət edilməsi ilə məşğul olublar. Onlar avtomobil sahiblərinin əksəriyyətini özlərində olan tapança və digər silah qismində istifadə etdikləri əşyalarla hədə-qorxu gələrək soyublar.

Dəstə üzvləri Bakının Əzizbəyov rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Tural Abbasova məxsus "Hyundai Sonata" markalı avtomaşını da qarət ediblər. Avtomaşının şüşəsini sındırmaq yolu ilə dəstə üzvləri Abbasova məxsus "Makarov" tipli tapançanı, tapançanın 8 ədəd patronu və 2 ədəd sandığını oğurlayıblar.

Dəstə üzvləri ötən ilin aprelində həbs ediliblər. Onlardan 1 ədəd "Makarov" tipli və 3 ədəd pnevmatik tapança, 2 ədəd güllə darağı, 14 ədəd güllə, 30 qram heroin aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti