...

Adamöldürməyə cəhddə ittiham olunan qaydasız döyüş üzrə azərbaycanlı dünya çempionu məhkəmə zalından azad olunub

Cəmiyyət Materials 15 Fevral 2010 12:17 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Zabit Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir H.Bağırov/

Adamöldürməyə cəhddə ittiham olunan qaydasız döyüş üzrə azərbaycanlı dünya çempionu məhkəmə zalından azad olunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Zabit Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Dünyamalıyev 1 il 5 gün, Ağalarov isə 1 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onların həbsdə olduğu müddət cəza müddətinə hesablanaraq məhkəmə zalından azad olunublar.

Qəsdən adamöldürməyə cəhd və xuliqanlıqda ittiham olunan şəxslər ötən ilin avqustunda Nabrandakı istirahət mərkəzlərinin birində istirahət edərkən 6 nəfər Xaçmaz rayon sakini ilə dava ediblər.

Prosesdə ifadə verən təqsirləndirilənlər özlərini elan olunan ittiham üzrə qismən təqsirli biliblər.

Bildiriblər ki, barda olarkən Xaçmaz rayonundan olan tanımadıqları 6 nəfər onlara sataşıb. Bundan sonra aralarında mübahisə yaranıb və həmin şəxsləri döyüblər.

Dünyamalıyev özünümüdafiə məqsədi ilə üstündəki bıçaqla həmin şəxslərdən birini bıçaqlayıb.

Xəbər lenti

Xəbər lenti