...

Tehran prokuroru Mehdi Kərrubinin oğlunun həbsi barədə yayılan məlumatları təkzib edib

Cəmiyyət Materials 15 Fevral 2010 13:45 (UTC +04:00)
Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, Tehranda İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə keçirilən mitinqlər zamanı Mehdi Kərrubinin oğlu Əli Kərrubinin həbs olunması barədə yayılan məlumatlar yalandır.
Tehran prokuroru Mehdi Kərrubinin oğlunun həbsi barədə yayılan məlumatları təkzib edib

Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib ki, Tehranda İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə keçirilən mitinqlər zamanı Mehdi Kərrubinin oğlu Əli Kərrubinin həbs olunması barədə yayılan məlumatlar yalandır. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

"Prokurorluqdan Əli Kərrubinin həbsi ilə bağlı heç bir göstəriş verilməyib. Əgər o, həbs edildiyini iddia edirsə, o zaman həbs edilmə səbəbləri və harada saxlanıldığı barədə də məlumat versin", - Dövlətabadi deyib.

Fevralın 14-də Mehdi Kərrubinin həyat yoldaşı İranın ali lideri ayətullah Əli Xamneyiyə açıq məktub yazaraq, oğlunun məsciddə həbs olunması və ağır fiziki işgəncəyə məruz qalmasını bildirmişdi. Kərrubinin həyat yoldaşı Fatimə Kərrubi məktubunda bildirmişdi ki, məsciddə oğlunu cinsi təcavüzlə hədələyiblər. Fatimə Kərrubi oğlunun İran İnqilab Keşikçiləri Korpusu (Sepah) tərəfindən həbs olunduğunu bildirmişdi.

"Əli Kərrubinin həbsi ilə bağlı məlumatları mətbuatdan öyrəndim və bu məsələni dəqiqləşdirdim. İran polisi, Sepah və Təhlükəsizlik Nazirliyindən Əli Kərrubinin həbsi ilə bağlı soruşduqda, onlar bu adda şəxsin həbs olunmadığını bəyan etdilər", - Dövlətabadi deyib.

Fevralın 11-də İranın "Parlemannews" saytı məlumat yayaraq bildirmişdi ki, "bu gün Tehranda İslam İnqilabının 31-ci ildönümü münasibəti ilə keçirilən mitinqlər zamanı İranın sabiq ali lideri ayətullah Xomeyninin qız nəvəsi Zəhra Əşraqi, İranın müxalifət lideri Mehdi Kərrubinin oğlu Əli Kərrubi və İranın eks-prezidenti Məhəmməd Xatəminin qardaşı Məhəmmədrza Xatəmi həbs olunub.

Dövlətabadi deyib ki, həmin gün həbs olunmuş şəxslərin hamısı azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti