...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 24 Fevral 2010 14:57 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Akif Ataşov 12l, Sənan Hüseynov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Akif Ataşov 12l, Sənan Hüseynov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206) qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1, 234.4.2, 234.4.3), Azərbaycan Respublikasının dövlət sərhəddini qanunsuz olaraq keçmə (318.2) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilən şəxslər ötən ilin iyununda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional şöbəsinin əməkdaşları tərəfindən tutulublar.

Xəbər lenti

Xəbər lenti