...

Azərbaycan nümayəndə heyəti "Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə"nin yaradılması ilə bağlı tədbirdə iştirak edəcək

Cəmiyyət Materials 25 Fevral 2010 15:28 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Türkiyə hökumətinin nəzdində "Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə"nin yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. Bu barədə məlumatı Trend News-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycan nümayəndə heyəti "Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə"nin yaradılması ilə bağlı tədbirdə iştirak edəcək

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir M. Əliyev/

Azərbaycan nümayəndə heyəti Türkiyə hökumətinin nəzdində "Xaricdə Yaşayan Türklər və Türkdilli Xalqlarla İş üzrə İdarə"nin yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. Bu barədə məlumatı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Fevralin 27-də İstanbulda keçiriləcək tədbirə qatılacaq nümayəndə heyətinə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları daxildir. Tədbirdə həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Belarus Azərbaycanlıları Konqresinin sədri Natiq Bağırov və digər Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edəcəklər.

Dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Yaradılması nəzərdə tutulmuş idarə xaricdə yaşayan türklərin cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, milli-mənəvi dəyərlərinin mühafizəsi, Türkiyə Respublikası ilə əlaqələrinin inkişafı, xaricdə təhsil alan türk tələbələrin problemlərinin həlli, türkdilli xalqlarla əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. İdarə həmçinin xaricdəki türkləri ayrıseçkilik, assimilyasiya və bu kimi digər problemlərdən qorumaq məqsədi daşıyacaq.

Xəbər lenti

Xəbər lenti