...

Azərbaycanda həbsdə olan blogerlərin məhkəmə tərkibinə etirazı təmin olunmayıb

Cəmiyyət Materials 3 Mart 2010 15:52 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsindən Trend News-a verilən məlumata görə, Emin Milli və Adnan Hacızadənin apelyasiya şikayəti üzrə keçirilən prosesdə vəkillərin məhkəmə tərkibinə etirazı sədr tərəfindən əsassız hesab olunduğundan təmin edilməyib.
Azərbaycanda həbsdə olan blogerlərin məhkəmə tərkibinə etirazı təmin olunmayıb

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan blogerlərin məhkəmə tərkibinə etirazı təmin olunmayıb.

Bakı Apelyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, Emin Milli Adnan Hacızadənin apelyasiya şikayəti üzrə keçirilən prosesdə vəkillərin məhkəmə tərkibinə etirazı sədr tərəfindən əsassız hesab olunduğundan təmin edilməyib.

Məhkəmə prosesi vəkillərin vəsatəti ilə martın 10-dək təxirə salınıb.

Emin Milli və Adnan Hacızadə Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri üzrə təqsirli bilinirlər. Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti