...

Tehranda Xəzərdə nərə balığı ovu üçün kvotanın müəyyən olunması üzrə iclas keçiriləcək

Cəmiyyət Materials 11 Mart 2010 11:45 (UTC +04:00)
Martın sonlarına kimi Tehranda Xəzəryanı ölkələrin nümayəndələrinin nərə balığının ovlanması üçün kvotanın müəyyən olunması üzrə iclası keçiriləcək. Bunu bu gün İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.
Tehranda Xəzərdə nərə balığı ovu üçün kvotanın müəyyən olunması üzrə iclas keçiriləcək

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir H.Əliyev/

Martın sonlarına kimi Tehranda Xəzəryanı ölkələrin nümayəndələrinin nərə balığının ovlanması üçün kvotanın müəyyən olunması üzrə iclası keçiriləcək. Bunu bu gün İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri deyib.

"Biz ümid edirik ki, Xəzərin ekoloji konvensiyasına Xəzər dənizinin bioresursları problemlərinin həllinə dair protokollar daxil ediləcək", - nazir müavini Xəzərdə təhlükəsizliyin müzakirəsinə həsr olunmuş tədbir zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Xəzər ölkələri belə protokolların imzalanmasına nail olmaq üçün sıx əməkdaşlıq etməlidirlər.

O qeyd edib ki, kvotalar üzrə tədbirlərin keçirilməsinə iki dəfə cəhd edilib, lakin nəticəsiz qalıb. Hazırda Qazaxıstan Xəzərdə nərə ovunun ümumi həcminin 20%-i həcmində kvotaya sahibdir. Ümumi kvotada Rusiyanın payı 26%, İran  44%, Azərbaycan Türkmənistanın payı ümumilikdə 10% təşkil edir.

Xəbər lenti

Xəbər lenti