...

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 16 Mart 2010 15:51 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Murad Yusif oğlu Rəşidovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Murad Yusif oğlu Rəşidovun cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin dövlətə xəyanət (274), öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134), odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələbetmə (232.1) və Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə (338.1) maddələri ilə ittiham olunur.

1990-cı il təvəllüdlü Zaqatala rayonu Car kənd sakini Rəşidov Müdafiə Nazirliyinin Ağcabədi rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət etdiyi zaman düşmənlə təmasa girərək, Azərbaycanın dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlər edib, o cümlədən, hərbçi yoldaşına xəsarət yetirib.

Xəbər lenti

Xəbər lenti