...

Azərbaycanda miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqindən sonra Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olub - Arzu Rəhimov (FOTO)

Cəmiyyət Materials 19 Mart 2010 12:19 (UTC +04:00)
Azərbaycanda miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqindən sonra Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olub. Trend News-un məlumatına görə, bu barədə cümə günü Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında qurumun rəhbəri Arzu Rəhimov məlumat verib.
Azərbaycanda miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqindən sonra Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olub - Arzu Rəhimov (FOTO)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqindən sonra Dövlət Miqrasiya Xidmətinə 60 mindən artıq müraciət daxil olub. Trend -un məlumatına görə, bu barədə cümə günü Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 3-cü ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında qurumun rəhbəri Arzu Rəhimov məlumat verib.

"Fərmanın icrası ilə quruma daxil olan müraciətlərin sayı artıb, vahid prinsipin icrasında ciddi nəzarət mexanizmi yaradılıb", - DMX rəisi bildirib.

Rəhimov qeyd edib ki, 2009-cu il iyulun 1-dən "bir pəncərə" prinsipinin işə düşməsi ilə respublikada miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilib, Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələr verilib, onların yaşayış yeri üzrə qeydiyyata alınması proseduru sadələşdirilib, nəticədə bu sahədə şəffaflığın tam təmin edilməsinə nail olunub.

DMX rəhbərinin sözlərinə görə, "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər və Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında ölkədən gedir və ölkəyə qayıda bilirlər.

Xidmətin rəhbəri bildirib ki, rəhbərlik etdiyi qurum əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələrin verilməsi, müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması, Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması, vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması və digər aktual məsələləri təmin etməkdədir.

"Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın (2004) gerşəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" (2006) təsdiq edilib.

Azərbaycan Prezidentinin 19 mart 2007-ci il tarixli fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılıb. Həmin gün DMX işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Xəbər lenti

Xəbər lenti