...

Azərbaycanın İctimai Komitəsi Kubanın müdafiəsi üzrə beynəlxalq şəbəkənin bəyanatına qoşulub

Cəmiyyət Materials 30 Mart 2010 13:07 (UTC +04:00)
Beş kubalı qəhrəmanın hüquqlarının müdafiəsi üzrə İctimai Komitə beynəlxalq "İnsanlığı müdafiə şəbəkəsi"nin bəyanatına qoşulub. Bu barədə komitənin məlumatında bildirilir.
Azərbaycanın İctimai Komitəsi Kubanın müdafiəsi üzrə beynəlxalq şəbəkənin bəyanatına qoşulub

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Beş kubalı qəhrəmanın hüquqlarının müdafiəsi üzrə İctimai Komitə beynəlxalq "İnsanlığı müdafiə şəbəkəsi"nin bəyanatına qoşulub. Bu barədə komitənin məlumatında bildirilir.

"İctimai Komitə diktat siyasətini və suveren, azad Kubaya qarşı "ikili standartlar" siyasətini rədd edir, Qərbin hakim dairələrindən müstəqil və azadlıqsevər xalqlara qarşı "insan hüquqları" və "demokratiya" terminlərindən ədalətsiz istifadəyə son qoyulmasını tələb edir. Halbuki Qərb ölkələrinin özlərində insan hüquqları və demokratiya ilə bağlı heç də hər şey yaxşı deyil", - məlumatda deyilir.

"Kuba beşliyi"nin hüquqlarının müdafiəsi üzrə İctimai Komitə 2010-cu ilin əvvəllərində Xalq Sosialist Partiyasının təşəbbüsü ilə yaradılıb. Komitəyə XSP sədrinin müavini İbrahim Əsədli rəhbərlik edir.

Hazırda dünyada beş kubalının hüquqlarının müdafiəsi üzrə 130-dan çox ictimai komitə fəaliyyət göstərir. Onlar ABŞ hakimiyyətindən hökmün ləğvini tələb edirlər. "Beş kubalı"nın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komissiyası da öz fikrini bildirib.

"Kuba beşliyi" - Herardo Ernandes, Ramos Labanino, Antonio Herrero, Fernando Qonsales və Rene Qonsales - kubalı beş agent casusluqda, qətl və digər cinayətlər törətmək məqsədilə əlbirlikdə ittiham olunaraq, uzun müddətə həbs ediliblər.

Xəbər lenti

Xəbər lenti