...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs edilənlərin məhkəməsi başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2010 12:23 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 2009-cu il aprelin 30-da silahlı şəxs tərəfindən Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar həbs edilən Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs edilənlərin məhkəməsi başlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Red əlavəsi. Axırıncı abzasdan sonra təqsirləndirilənlərin vəsatəti əlavə olunub.

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin aprelində törədilmiş terror aktı ilə bağlı həbs edilənlərin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə 2009-cu il aprelin 30-da silahlı şəxs tərəfindən Dövlət Neft Akademiyasında tələbə və müəllimlərin xüsusi amansızlıqla öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar həbs edilən Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Cinayət işi üzrə həbs edilmiş Əmirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma), Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Təqsirləndirilən Nadir Əliyev hazırlıq iclasında bildirib ki, cinayət işinin istintaqı obyektiv aparılmayıb. Əsassız olaraq həbs edildlyini, ağır cinayətdə ittiham olunduğunu deyən Əliyev işin istintaqını aparan müstəntiq Fəxrəddin Pənahovun prosesə çağırılması barədə vəsatət verib.

Cavidan Əmirov da hadisə baş verən günü MTN tərəfindən saxlanıldığını və dindirildikdən sonra cinayətdə iştirakı sübuta yetirilmədiyindən buraxılıb. Lakin səhəri günü 

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Əmirov işin ibtidai istintaqa qaytarılması barədə vəsatətlə çıxış edib.

Nəcəf Süleymanov da ittihamlarla razılaşmayıb və müstəntiqin prosesə çağırılması barədə vəsatət verib.

Məhkəmə vəsatətləri müzakirə edib və təmin olunmaması barədə qərar verib.

İş üzrə məhkəmə baxışı aprelin 21-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti