...

Bakıda ilkin olaraq 50 bukmeker kontoru açılacaq - nazir Azad Rəhimov

Cəmiyyət Materials 12 Aprel 2010 12:54 (UTC +04:00)
Bu ilin mayında Bakı şəhərində 50 bukmeker kontoru (mərcxana) açılacaq. - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Bakıda ilkin olaraq 50 bukmeker kontoru açılacaq - nazir Azad Rəhimov

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Bu ilin mayında Bakı şəhərində 50 bukmeker kontoru (mərcxana) açılacaq. - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.

"İlkin mərhələdə bu işə Bakıda başlanılacaq. Avqustda isə ölkə üzrə 300 belə mərcxananın yaradılması gözlənilir", - Rəhimov deyib.

Rəhimov mərcxanaların kafe və çayxanalarda da olacağını mümkün sayıb.

Gənclər və İdman Nazirliyində Türkiyə şirkəti "İnteltex"lə birgə totalizator işini aparacaq "Azəridmanservis" şöbəsi yaradılıb.

"Dövlət totalizatordan 70%, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) isə 30% gəlir əldə edəcək.

Xəbər lenti

Xəbər lenti