...

Azərbaycan gimnastı ölkə tarixində ilk dəfə olaraq çoxnövçülük üzrə Avropa Çempionatında medal qazanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 Aprel 2010 14:55 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında çoxnövçülükdə bürünc medal qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.
Azərbaycan gimnastı ölkə tarixində ilk dəfə olaraq çoxnövçülük üzrə Avropa Çempionatında medal qazanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan gimnastı Aliyə Qarayeva Almaniyanın Bremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında çoxnövçülükdə bürünc medal qazanıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Qarayeva dörd tapşırığın yekununda 111.375 bal toplayıb və mütləq hesabda üçüncü yer tutub. Aliyə Qarayevanın ayrı-ayrı nəticələri: iplə - 27.925 bal; halqa ilə - 27.8 bal; topla - 27.9; lentlə - 27.75 bal. Aliyə Qarayeva topla 30 bal, ümumilikdə isə 115.9 bal toplamış Rusiya gimnastları Yevgeniya Kanyayeva və 113.725 bal toplamış Dara Kondakovadan geri qalıb.

Azərbaycan tarixində Avropa Çempionatının çoxnövçülüyündə bu, qazanılmış ilk medaldır.

Mükafatlandırma mərasimindən sonra Azərbaycan gimnastı öz sevincini bölüşüb.

"Mən çox xoşbəxtəm və hər kəsə minnətdaram. Bu, bütün Azərbaycanın, mənə azarkeşlik edən hər kəsin uğurudur. Bu uğura mənimlə birlikdə addımlayan öz məşqçimə minnətdaram. Ümid edirəm, bizim yuniyorlar və qrup komandalarımız da uğurla çıxış edəcəklər. Feredasiyaya, federasiyanın prezidenti Mehriban xanım Əliyavaya xüsusi təşəkkürümü bildirirəm, onsuz bugünkü uğura nail ola bilməzdik", - Qarayeva deyib.

Bundan əlavə, Almaniyanın Beremen şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatının ilk günü yuniorların ip və halqa ilə ayrı-ayrı finalı başa çatıb.

Azərbaycan təmsilçiləri hər iki finala keçib. Lalə Yusifova halqa ilə tapşırıqda 25.125 bal toplayıb və dördüncü yer tutub. Aişə Mustafayevanın iplə çıxışı 24.55 balla qiymətləndirilib və beşinci mövqedə qərarlaşıb.

Hər iki halda Rusiya idmançıları - müvafiq olaraq Valeriya Tkaçenko, Aleksandra Merkulova qələbə qazanıb.

Azərbaycan yığması komanda birinciliyində iki növün ifasından sonra, ümumilikdə, 48.65 bal toplayıb və 32 ölkə arasında - Belarus, Rusiya, Almaniya və Ukraynadan sonra beşinci yer tutub.

Beremen şəhərində Azərbaycan gimnastlarına dəstək üçün böyük sayda insan tolaşıb. Azarkeşlər həm Bakıdan, həm də Almaniyanın müxtəlif şəhərlərindən gəliblər. Beremenə, həmçinin, Azərbaycan səfirliyinin nümayəndələri də gəliblər.

Xəbər lenti

Xəbər lenti