...

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib

Cəmiyyət Materials 5 May 2010 20:24 (UTC +04:00)
"Səs" qəzetinin redaksiyası çərşənbə günü Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" təşkil edib.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/

"Səs" qəzetinin redaksiyası çərşənbə günü Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" təşkil edib.

"Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi onun Azərbaycan xalqına xidmət etmək missiyasının davamı idi. O, bu missiyaya hələ Sovet dövründə başlayıb. Mən Heydər Əliyevi insan qalaktikasının parlaq ulduzu sayıram", - bu sözləri "dəyirmi masa"nın gedişində Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O qeyd edib ki, 1992-ci ilin may hadisələrindən sonra bütün azərbaycanlıların fikirləri bir məsələdə üst-üstə düşüb - Heydər Əliyev hakimiyyətə gəlməsə, ölkədə vəziyyət sabitləşə bilməz.

"Məhz Heydər Əliyev Azərbaycanın tarixində ikinci dəfə ölkənin müstəqilliyinin əsasını qoyub. Məhz Heydər Əliyev Naxçıvan Ali Sovetinin çağırılmasına nail olub və burada Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq yüksəlib", - Azərbaycan Milli Məclisinin deputatı Eldar İbrahimov deyib.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə ölkəni idarə etməyə görə deyil, azərbaycanlıların azadlıq hərəkatına dəstək vermək üçün gəlib. Hazırda, bizim ümummilli liderimizin öz xalqının azadlığı uğrunda mübarizə tarixi geniş şəkildə öyrənilməlidir", - parlamentin keçmiş millət vəkili Kərim Kərimli deyib.

Xəbər lenti

Xəbər lenti