...

Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş başa çatıb

Cəmiyyət Materials 9 May 2010 18:37 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupunun Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüşü bazaar günü uğurla başa çatıb.
Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə yürüş başa çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir, M.Əliyev/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupunun Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə yürüşü bazaar günü uğurla başa çatıb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından bazaar günü Trend-ə bildiriblər ki, yürüşə 70-dən çox dağ idman növü ilə məşğul olan idmançı qatılıb.

Mayın 8-də Bakı şəhərindən başlanan yürüş Xınalıq yolunda baş vermiş sürüşmə ilə əlaqədar başqa alternativ piyada yollarla Qızıl Qaya massivinin ətəklərində davam edib və günün sonunda ekspedisiya üzvləri zirvəyə qalxmağa hazırlıq üçün həmin ərazidə düşərgə qurublar.
Müvafiq avadanlıq və ləvazimatlardan ibarət olan 20 kiloqramlıq bel çantası ilə hərəkət edən yürüş iştirakçıları sərt relyef və mürəkkəb hava şəraitinə baxmayaraq mayın 9-da qarşıya qoyulan məqsədə uğurla çatıb və "Heydər zirvəsi"ndə Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Xəbər lenti

Xəbər lenti