...

Azərbaycanda biomüxtəlifliyin qorunması üzrə maarifçilik işləri aparılıb

Cəmiyyət Materials 22 May 2010 15:35 (UTC +04:00)
Azərbaycanın Ekoloji Standartların Monitorinqi Fondu və "İrəli" İctimai Birliyi beynəlxalq biomüxtəliflik günü ilə əlaqədar şənbə günü maarifləndirmə kampaniyası keçirib. Kampaniya çərçivəsində Bakıda, əhalini biomüxtəlifliyin qorunması ilə bağlı maarifləndirən 5 000 buklet paylanıb.
Azərbaycanda biomüxtəlifliyin qorunması üzrə maarifçilik işləri aparılıb

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekoloji Standartların Monitorinqi Fondu və "İrəli" İctimai Birliyi beynəlxalq biomüxtəliflik günü ilə əlaqədar şənbə günü maarifləndirmə kampaniyası keçirib. Kampaniya çərçivəsində Bakıda, əhalini biomüxtəlifliyin qorunması ilə bağlı maarifləndirən 5 000 buklet paylanıb.

Beynəlxalq biomüxtəliflik gününə həsr olunmuş tədbirin gedişində, BMT-nin İctimaiyyətlə Əlaqələr Departamentinin nümayəndəsi İqrar Əliyev biomüxtəliflikdən bəhs edən videoçarxı tədbir iştirakçılarına nümayiş etdirib.

Monitorinq Fondu və "İrəli" Azərbaycanda Ekologiya ili çərçivəsində əməkdaşlığı bundan sonra da davam etdirmək fikrindədirlər.

Xəbər lenti

Xəbər lenti