...

Krımda Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunub

Cəmiyyət Materials 27 May 2010 18:30 (UTC +04:00)
Krım Sənaye-Pedaqoji Universitetində Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunub.
Krımda Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunub

Аzərbaycan,Bakı, 27 may /Trend, müxbir M.Əliyev/

Krım Sənaye-Pedaqoji Universitetində Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Tədbiri giriş sözü ilə universitetin rektoru Ukrayna qəhrəmanı Fevzi Yaqubov açıb və Azərbaycan haqqında film nümayiş olunub.

Universitetin professoru İsmayıl Kərimov Azərbaycanla Krım arasında münasibətlər həsr olunmuş məruzə ilə çıxış edib.

Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmovun rəhbərlik etdiyi bir qrup Azərbaycan alimləri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti